Alıcılar konkret hallarda hansı ölçülü faneri seçmək və ölçünün nəyə təsir edəcəyi sualı ilə tez-tez narahat olurlar. Lövhənin qabaritləri işlər üçün lazım olan materialın sayını hesablamağa kömək edir. Lövhələrin sayından asılı olaraq montaj üçün zəruri olan komplektləşdiricilər əldə edilir. Beləliklə, rütubətədavamlı fanerin ölçüsü işlərin dəqiq smetasının tərtibatı üçün lazımdır.
Faner lövhəsinin populyar ölçüləri (uzunluğu х eni, millimetrlə)
-
1525х1525;
-
2440х1220;
-
2500х1250;
-
3000х1500;
-
3050х1525.
Faner lövhəsinin uzunluq həddi – 3050 mm. Ölçüləri 1252x1525 mmdən böyük olan fanerlər böyükformatlı adlanırlar. Habelə sifarişə əsasən qeyri-standart formatlı fanerlərin istehsalı mümkündür.
FK faneri, bir qayda olaraq, kvadrat formasındadır - 1525х1525 mm. Bütün digər yuxarıda göstərilən formatlar laminasiya olunmuş və FSF formatlı faner lövhələrinin ölçüləridir. Xüsusi rütubətədavamlı fanerin qabaritləri kifayət qədər böyükdür, çünki onlara mebel istehsalında, avtomobil sənayesində və əsaslı təmirdə tələbat var. FK faneri əksər vaxtlar parketin döşənməsində və mebel istehsalında istifadə olunur. Onun qabaritləri FSF markalı və ya laminasiya olunmuş fanerin qabaritlərindən böyükdür.
Tozağacı fanerinin parametrləri QOST3916.1-96 “Xarici layları yarpaqlı ağac cinsindən hazırlanmış şponlardan ibarət ümumi təyinatlı faner” ilə tənzim edilir. Bu sənəd mümkün normadan kənarlaşmaları göstərir: 1525х1525 mm formatlı lövhələr üçün ən çox 3 mm, 3050 mmli panellər üçün (əlbəttə ki, FSF faneri) xətanın ölçüləri 4 mmdən artıq olmamalıdır. Böyükformatlı plitələrdə qeyri-uyğunluğun 5 mmdək olmasına icazə verilir. Maksimal kənarlaşma 0,02% ola bilər. Yəni vərəqin hər poqon metrində normadan kənarlaşma 2 mmdən artıq olduğu təqdirdə istifadəyə yarasız hesab edilir.
Bəzən alıcılar rütubətədavamlı fanerin ölçülərinin millimetrlə deyil funtla göstərilməsi ilə rastlaşırlar. İngilis ölçü sistemi xaric istehsalçılarının məhsullarına xasdır. İstənilən halda bilmək lazımdır ki, 1 fut 304,8 mm təşkil edir. Demək ki, fanerin futla standart qabaritləri belədir: 5х5, 8х4 и 10х5. “SVEZA” kataloqlarında və saytında lövhələrin parametrləri müxtəlif ölçü vahidlərində göstərilir, çünki istehsalçı bütün dünyada tanınır və məhsulun küllü miqdarı eksporta gedir.
Ölçülərdən başqa lövhələrin qalınlığı da əhəmiyyət kəsb edir. FK markalı fanerlərdə 3 – 40 mm, FSF markalı fanerlərdə 4-40 mm, laminasya olunmuş panellərdə isə 6-40 mm olur. Fanerin qalınlığı haqqında daha ətraflı məlumatı burada ala bilərsiniz.
