Fanerin keyfiyyəti ilkin xammal, yapışqanın tərkibi və istehsal texnologiyasından asılıdır.
Şpon
Fanerin istehsalında müxtəlif ağac cinslərindən istifadə olunur. Faner üçün ən populyar material tozağacıdır. Məsələn, “SVEZA” yalnız və yalnız tozağacı fanerini istehsal edir və hazırkı materialdan hazırlanmış məhsulun həcmi üzrə dünya lideridir.
Tozağacı faneri yaxşı xüsusiyyətləri ilə fərqlənir. Onun möhkəmlik həddi (yəni mexaniki gərginlikdir ki, pozulduğu təqdirdə fanerin materialının dağılması baş verir) küknar və ya şam ağacı fanerindən 20%, və ağcaqovaq ağacından hazırlanan məhsuldan 2,5 dəfə artıqdır.
Tozağacı yüksək sıxlığı ilə fərqlənir: 700 kq/m3. Müqayisə üçün: iynəyarpaq cinslərindən hazırlanan fanerlərinin sıxlığı 550 kq/m3.
Tozağacı fanerinin möhkəmlik və sıxlıq həddinin yaxşı göstəriciləri hesabına onlara tikintidə, mebel və taxta oyuncaqlarının və s. istehsalında tələbat var.
Yapışqan
Vərəqlərin yapışdırılması üçün formaldehid və fenol-formaldehid qatranlar əsaslı tərkib tətbiq edilir. Yapışdırıcı tərkibdə bu maddələrin konsentrasiyası fanerin keyfiyyətinə təsir edir – nə qədər az olsa bir o qədər yaxşıdır.
Yapışqanda fenolun və formaldehidin faiz tərkibi haqqında dəqiq məlumatların alınması, əlbəttə ki, mümkün deyil, bu səbəbdən istənilən işlər üçün ekoloji sınaqlardan keçmiş məhsulları seçmək lazımdır. SVEZA faneri inan sağlamlığı üçün tamamilə təhlükəsizdir ki, Rusiya və beynəlxalq sertifikatlarla təsdiq edilib.
Texnologiyalar
Faner istehsalı üç mərhələdən ibarətdir: şponun biçilməsi, yapışqanla emalı və yüksək təzyiq və temperaturun təsiri altında xüsusi maşında preslənməsi. Və hər mərhələdə fanerin keyfiyyətinə təsir edən amillər var: emalın dəqiqliyi, yapışqan tətbiqinin hamarlığı, presdəki temperaturun səviyyəsi və s.
Texnoloji proseslərdəki səhvlər materialın rütubətədavamlılığını, möhkəmlik həddini azalda, görünüşünə təsir göstərə bilər. Tez-tez keyfiyyətsiz və ya köhnəlmiş avadanlıq zay məhsulun istehsalına səbəb olur. Məhz bu səbəbdən “SVEZA” qrupu öz müəssisələrini modernləşdirir və ancaq özünü təsdiq etmiş texnika təchizatçıları ilə əməkdaşlıq edir.
