*5588
Ə.Qayıbov küçəsi

Bakı, Azərbaycan

(+99450) 770-55-88

Əlaqə Telefonu:

09:00 - 18:00

Bazar ertəsi - Cümə

Faner sortları, növləri və rəngləri

Fanerin çeşidi  üzərində görünən qüsurların sayından asılıdır: qopuqlar, çatlar, oduncaq tikələri və s.

FSF və FK kimi faner növləri  ayırd edilir. 

  • I sort, B və ya S. Səthində tək-tük oduncaq tikələrinə və tünd damarcıqlara rast gəlinir. Məhsula dair keyfiyyət sertifikatı tələb etmək  və markalanmanı tutuşdurmaq vacibdir.
  • II sort, BB.  Səthində, materiala tünd lak və ya boya vurulduqda asanlıqla aradan qaldırıla bilən xırda qüsurlar var. II sort fanerin qiymət və keyfiyyət nisbəti ən optimaldır ki, bunun sayəsində tikinti işlərində ən çox istifadə olunur. 
  • III sort, CP görünən çat və zədələrə malikdir (1 kv.m səthdə 10-dan çox olmamaq şərti ilə). Belə fanerlər qaralama işləri və ya gizli konstruksiyalar üçün istifadə olur. III sort plitələr  bünövrə faneri qismində istifadə olunur, lakin taxtabənd kimi bir dəfə yararlıdır.   
  • IV sort (C) fanerlərdə bütün mümkün qüsurlar var- səthində oduncaq tikələrindən başlayaraq  dəliklərədək. Qüsurların sayı qeyri-məhduddur. Belə faner ancaq qaralama işləri üçün istifadə olunur.    

Bəzən ikili işarələrə rast gəlinir, məsələn I/II. Onlar faner lövhəsinin üz və arxa üzünün  sortunu əks etdirir. Qeyd edək ki, rütubətədavamlı faner sortundan asılı olmayaraq öz xüsusiyyətlərini qoruyur: xaricə təsirlərə qarşı  möhkəm və davamlı qalır. 

Sortdan başqa FK və FSF markaları səthin işlənilməsinə görə təsnif edilirlər:  cilalanmamış (НШ), cilalanmış bir (Ш1) və iki (Ш2) tərəfdən. Ən ucuz faner – cilalanmamış, onu gizli işlər üçün istifadə etmək daha məqsədəuyğundur.  Döşəmə və  tavanın işlənilməsi üçün  Ш1 ilə işarələnmiş material uyğundur.   

Yaxşılaşdırılmış xüssiyyətlərə malik laminasiya olunmuş fanerə xüsusi diqqət yetirilməlidir.   Seçmə və I sort fanerlər laminasiya plyonkası ilə örtülür, çünki onların səthi mükəmməldir.   Rütubətədavamlı laminasiya olunmuş faner əksər vaxtlar qara rəngdə olur, lakin təbii ağac qammaları çərçivəsində digər rənglər də mümkündür. FSF və FK markalarının materialını istənilən rəngdə etmək olar: “SVEZA” kombinatından lövhələr ağ rəngdə, rənglənməyə hazır vəziyyətdə buraxılır. Fanerin rəngini təkbaşına açmaq olar – bu halda emal üçün su və emal boya tələb olunur.

Hit enter to search or ESC to close

SİFARİŞ EDİN