Hər bir tikinti materialı kimi, faner də bir sıra parametrlərə malikdir: çəki, sıxlıq, qalınlıq, vərəqin ölçüsü. Lakin bu və ya digər markalalanmanın seçimini müəyyən edən ən vacib meyar fanerin rütubətədavamlılığıdır. Ümumiyyətlə, bütün növ materiallar müəyyən şəkildə nəmliyə qarşı davamlıdır. Fanerin rütubətədavamlılıq dərəcəsi şponun yapışdırılmasında istifadə olunan tərkibdən asılıdır.
Rütubətədavamlılıq üzrə SVEZA aşağıda sadalananlara təsnif edilir:
- Suyadavamlı FK faneri – şpon uzunmüddətli və birbaşa su təsirinə davamiyyəti olmayan karbamid yapışqan ilə yapışdırılır. Bu material növü bənzər sınaqların keçirilməsi nəzərdə tutulmayan və birinci planda digər xüsusiyyətlər durduğu yerdə, yəni daxili bəzək işlərində istifadə olunur.
- Yüksək suyadavamlı FSF faneri – şponun vərəqləri suyadavamlı qatranlı tərkib ilə yapışdırılır. Bu FSF markasının xarici bəzək işlərində istifadəsi ilə şərtləşdirilib.
- Yüksək suyadavamlı laminasiya olunmuş FSF faneri – istehsal prosesində qoruyucu nazik təbəqənin xüsusiyyətlərini əldə edən qatranlarla hopdurulmuş xüsusi material-kağız ilə örtülüb. Ən çox monolit tikintisində istifadə olunur.
Rütubətədavamlı SVEZA fanerinin texniki xüsusiyyətləri
Fanerin istehsalında müxtəlif ağac cinslərinin şponundan istifadə olunur. İlkin xammalın növü suyadavamlı fanerin nominal nəmlik və sıxlıq kimi texniki xüsusiyyətlərinə təsir göstərir. Məsələn, SVEZA məhsullunun nominal sıxlığı - 5-14 %. Bununla belə ən yüksək rütubətədavamlılığa tozağacı faneri malikdir. SVEZA materiallarında bu göstərici – 640-700 kq/m3 (yapışqandan və hopdurmadan asılıdır) təşkil edir.
