*5588
Ə.Qayıbov küçəsi

Bakı, Azərbaycan

(+99450) 770-55-88

Əlaqə Telefonu:

09:00 - 18:00

Bazar ertəsi - Cümə

Faner və onun istifadəsi

Fanerin istifadə olunmasını, hər bir insan bunun fərqinə varmadan hər gün görür. Göydələnlər, reklam lövhələri, uşaq meydançaları, qablaşdırmalar bütün bu sadalananlar üçün  bu müasir materialdan istifadə olunur. 

Laminasiya olunmuş SVEZA faneri, “Moskovskiy” YK kimi binaların inşasından başlayaraq  Şaturskaya DRES  kimi enerji kompleksinin ən böyük müəssisələrində; dünya konsernlərinin avtomobil zavodlarından başlayaraq  “Kazan Arena” və “Otkrıtiye Arena” kimi Rusiyanın əsas idman meydançalarınadək  geniş istifadə olunur.  Bu faner növü həm də körpü və tunellərin taxtabəndinin çəkilməsində istifadə olunur  (aşkar nümunə: Vankuverdə Golden Ears körpüsü)  

FSF faneri maşın- və gəmiqayırmada öz istifadəsini tapır.  Şpondan hazırlanmış davamlı lövhələr nəqliyyat vasitəsinin çəkisinin azalmasına, yəni onun yükgötürmə qabiliyyətinin artmasına və  yanacaq sərfiyyatının azaltmasına kömək edir. Bu faner növünün daha bir istifadə sahəsi - Schmitz Cargobull alman refejeratorlarının, MAZ avtobuslarının və “ST Nijeqorodets” kommersiya nəqliyyatının  bəzək işlərində FSF faneri.    

Daha az tətbiq olunan sahələr də mövcuddur – məsələn, musiqi kolonkalarında səs izolyasiyaediciləri qismində: SVEZA qrupu tərəfindən istehsal olunan  materialın səsudan xüsusiyyətləri  Harman Audio və Elder Audio şirkətləri tərəfindən yüksək qiymətləndirilmişdir.  FSF və FK fanerinin müxtəlif növləri bina və otaqların daxili bəzək işlərində, mebel və oyuncaqların istehsalında istifadə olunur.     

SVEZA məhsulları 70 ölkənin istehlakçılarının etibarını qazanmışdır. Materiallarımızın tətbiqi coğrafiyası ilə burada yaxından tanış ola bilərsiniz.

Hit enter to search or ESC to close

SİFARİŞ EDİN