SVEZA tikinti faneri tikintinin müxtəlif sahələrində populyar olan konstruktiv materialdır, tozağacından istehsal olunur.
Monolit tikintisində, karkas tikintisində damın, divarların və döşəmənin qurulmasında, daxili taxtabəndin çəkilməsi üçün, bəzək işlərində və döşəməüstü örtüklərin istehsalında faner qismində geniş istifadə olunur.
İnşaatçılar SVEZA fanerini yüksək möhkəmliyinə və dağılmaya davamlılığına görə qiymətləndirirlər. Bu xüsusiyyətlər onu taxtabəndin çəkilməsi üçün çoxdəfəli faner qismində istifadə etmək imkanını verir.
Dizaynerlər tozağacı fanerini estetik keyfiyyətlərinə, asan emal olunmasına və sərfəli qiymətinə görə seçirlər. Bu işiqlı və ekoloji interyerlər yaratmaq imkanını verir.
Tikinti fanerinin üstünlükləri
- Möhkəm (faner qalınlaşdırılmış şpondan istehsal edilir) və dağılmaya davamlı.
- Yüksəldilmiş rütubətədavamlılıq (FSF, laminasiya olunmuş faner).
- Aqressiv mühitlərin təsirinə müqavimət (laminasiya olunmuş faner).
- Sürüşməyə qarşı maksimal müdafiə (torlu səthli laminasiya olunmuş faner).
- Temperatur dəyişiklərinə qarşı dayanıqlıq.
- Asan emal və digər materiallarla uyğunluq.
- Təbii oduncağın qəşəng teksturası.
- Səs və istilik izolyasiyaedici xüsusiyyətləri.
- Təhlükəsizlik.
- Cəlbedici qiymət.
Tikinti fanerinin tətbiqi
- Taxtabənd.
- Damın, divarların və tavanın üzlənməsi.
- Gəminin yanları üzrə döşəmələr .
- Döşəmə örtüləri.
- İnteryerlərin bəzək işləri.
- Fasadların memarlıq - bəzək işləri.
- Tikinti taxta-şalbanı.
- Hasarlama.
Tikinti fanerinin tətbiq xəritəsi
|
Tətbiq sahələri |
Faner |
Formatı, fut |
Qalınlığı, mm |
Sortu |
Örtüyü |
|
Taxtabənd |
Laminasiya olunmuş, SVEZA Dek 350 |
4х8, 5х10, 4х10 |
15, 18, 21 |
- |
F/F |
|
Döşəmələr/damlar |
5х5, 4х8х4 |
6, 9, 12, 15, 18, 21 |
BB/C, CP/CP, CP/C, C/C |
- |
|
|
Tikinti taxta-şalbanı |
FSF, laminasiya olunmuş |
5х5, 4х8 |
9, 12, 15, 18, 21, 24, 27 |
- |
F/W |
|
İnteryer |
5х5, 4х8 |
3, 6, 9, 12, 15, 18, 21, 24 |
B/BB, S/BB, BB/BB, BB/CP |
- |
