Tozağacı faneri bir çox digər oduncaq plitələrindən daha möhkəmdir. O, küknar və ya şam ağacı fanerindən 20%, və ağcaqovaq ağacından hazırlanan məhsuldan 2,5 dəfə artıqdır. Çəki/möhkəmlik nisbəti üzrə faner 3 dəfə poladdan üstündür.
FK markalı tozağacı faneri əsasən daxili işlərdə istifadə olunur. Tozağacı şponunun təbəqələri karbamid-formaldehid yapışqanları ilə yapışdırılır, və bu abreviatura elə burdan da əmələ gəlib (Faner karbamid-formaldehid yapışqanı). FSF markalı tozağacı faneri yüksək rütubətədavamlı fanerdir və həm daxili həm də xarici işlərdə istifadə olunur. FSF abreviaturası rus dilindən tərcümədə Qatranlı Fenol-Formaldehid yapışqanı mənasını daşıyır.
Biristiqamətli və ya paylı faner (ingilis dilində UNI və ya UNIDIRECTIONAL) şponun bütün laylarında oduncağın lifləri bir istiqamətə yönəlmiş fanerdir. Bu faner mebel istehsalı üçün görünən yanların emalının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə işlənib hazırlanıb. Standart fanerdən fərqli olaraq, biristiqamətli faner liflərin istiqamətinə perpendikulyar möhkəmlik xüsusiyyətlərini təmin etmir və əyilməyə məruz qalır.
Rusiyada faner istehsalı xüsusi ilə vacibdir, çünki bizim Rusiya təbii resurslarla zəngindir. “SVEZA” qrupunun məhsulları, istisna möhkəmliyinə görə ağac panellər üçün yaxşı əsas rolunu oynayan rus tozağacından istehsal olunur.
Ümumiyyətlə faner, müəyyən yolla istehsal edilmiş şponun yapışdırılması yolu ilə hazırlanan plitədir. Bütün tikinti materialları markaları üçün rütubətə damlılığı ilə xarakterizə olunur, lakin bəzi növləri, digərlərindən (FSF faneri) fərqli olaraq suya daha çox müqavimət göstərə bilir. Rusiyada daha çox xarici bəzək işləri üçün istifadə olunur, çünki onun lövhələri yağıntıların uzun müddətli təsirinə davam gətirir.
Rütubətə qarşı müqavimət fenol-formaldehid qatranlarına əsaslanan tərkib ilə yapışdırılması hesabına əldə edilir. Daha çox suyadavamlılığı və möhkəmliyi təmin etmək üçün FSF fanerinin üzərinə xüsusi laminasya plyonkasını çəkirlər. Örtüyün keyfiyyəti ilkin materialdan asılıdır, buna görə laminasiya olunmuş fanerləri istehsal edən ölkələr arasında Rusiya qabaqcıl mövqedə yerləşir. Yerli tozağacı xammalı öz xüsusiyyətlərinə görə bazarda olan fin və çin oduncağını əhəmiyyətli dərəcədə üstələyir.
“SVEZA” məhsulu bütün dünyada tanınan tozağacı fanerinin ən böyük yerli istehsalçısıdır. Şirkətlər qrupun çeşidində FK, FSF markaları və laminasiya olunmuş fanerlər var. İstehsalçı ölkə olaraq Rusiya - məhsulumuzun keyfiyyət nişanının sinonimidir.
Hər bir məqsəd üçün faner fərdi olaraq seçilir. Ilk növbədə onun rütubətədavamlılığı qiymətləndirilir– məsələn, taxtabənd üçün laminasiya olunmuş faner və ya FSF markasının seçilməsi məqsədəuyğun olardı. Daha sonra qalınlıq və sıxlıq kimi parametrlər nəzərə alınır. Sonuncu ilkin şpondan asılıdır. İynəyarpaq cinslərdə sıxlıq 550 kq/m3, tozağacında – 700 kq/m3 qiymətinədək ola bilər. Yüksək sıxlıq sayəsində tozağacı faneri digər materialların arasında ən yaxşı hesab edilir.
Fanerin sıxlığı
İnsanlar yanlışlıqla laminsiya olunmuş fanerin sıxlığının adi fanerin sıxlığından daha yüksək olduğuna inanırlar. Lakin lövhələrin üzərindəki material ancaq onların rütubətədavamlılığına təsir edir. Məsələn, FK, FSF və laminasiya olunmuş SVEZA tozağacı fanerinin sıxlığı eynidir – 640 - 700 kq/m3.
Fanerin qalınlığı
Material seçilərkən digər vacib xüsusiyyət fanerin qalınlığıdır. Bünövrənin və daxili işlərin taxtabəndi üçün, məsələn, müxtəlif qabaritli panellər tələb olunur. Belə ki, 2-8 mmlik faner mebel istehsalı üçün uyğundur, 8-12 mmlik lövhələr isə divarlar üçün yaxşı örtü ola bilər. Qalınlıq üzrə döşəmə üçün suyadavamlı faner seçilir (lövhənin dəyəri onun parametrlərindən asılıdır). Hamar döşəmə üçün 8 və 10 mmlik lövhələrdən istifadə olunur, səthdə cüzi nahamarlıqlar olduğu təqdirdə isə 12 mmlik panellər lazım olur. Qeyd etmək istərdik ki, döşəmə üçün ən yaxşı rütubətədavamlı faner FK markalı fanerdir ki, qiyməti də kifayət qədər əlverişlidir.
Dam və bünövrə işləri üçün 18-24 mmlik faner uyğun ola bilər. Daha böyük lövhələr peşəkar tikintidə ikitavrlı işlər, monolit binalarının taxtabəndinin çəkilməsi və s. üçün istifadə olunur.
Fanerin çəkisi
Fanerin sıxlığı və qalınlığı, şübhəsiz ki, onun çəkisinə təsir göstərir. Onlar bünövrəyə və ya altkonstruksiyaya yükləmənin müəyyən edilməsində açar rol oynayır (tikinti məqsədlərindən asılı olaraq). Nümunə olaraq döşəmələr üçün nəzərdə tutulmuş 2440х1220 mm formatlı və 12 mm qalınlıqlı laminasiya olunmuş tozağacı fanerinin çəkisini müəyyən edək. Lövhənin həcmi: 2440х1220х12=0,035 m3.Çəkisi: 0,035х700=25,00 kq. Bir lövhənin çəkisi məlum olduqda, bütün materialın ümumi yükünü hesablamaq mümkündür.
Alıcılar konkret hallarda hansı ölçülü faneri seçmək və ölçünün nəyə təsir edəcəyi sualı ilə tez-tez narahat olurlar. Lövhənin qabaritləri işlər üçün lazım olan materialın sayını hesablamağa kömək edir. Lövhələrin sayından asılı olaraq montaj üçün zəruri olan komplektləşdiricilər əldə edilir. Beləliklə, rütubətədavamlı fanerin ölçüsü işlərin dəqiq smetasının tərtibatı üçün lazımdır.
Faner lövhəsinin populyar ölçüləri (uzunluğu х eni, millimetrlə)
-
1525х1525;
-
2440х1220;
-
2500х1250;
-
3000х1500;
-
3050х1525.
Faner lövhəsinin uzunluq həddi – 3050 mm. Ölçüləri 1252x1525 mmdən böyük olan fanerlər böyükformatlı adlanırlar. Habelə sifarişə əsasən qeyri-standart formatlı fanerlərin istehsalı mümkündür.
FK faneri, bir qayda olaraq, kvadrat formasındadır - 1525х1525 mm. Bütün digər yuxarıda göstərilən formatlar laminasiya olunmuş və FSF formatlı faner lövhələrinin ölçüləridir. Xüsusi rütubətədavamlı fanerin qabaritləri kifayət qədər böyükdür, çünki onlara mebel istehsalında, avtomobil sənayesində və əsaslı təmirdə tələbat var. FK faneri əksər vaxtlar parketin döşənməsində və mebel istehsalında istifadə olunur. Onun qabaritləri FSF markalı və ya laminasiya olunmuş fanerin qabaritlərindən böyükdür.
Tozağacı fanerinin parametrləri QOST3916.1-96 “Xarici layları yarpaqlı ağac cinsindən hazırlanmış şponlardan ibarət ümumi təyinatlı faner” ilə tənzim edilir. Bu sənəd mümkün normadan kənarlaşmaları göstərir: 1525х1525 mm formatlı lövhələr üçün ən çox 3 mm, 3050 mmli panellər üçün (əlbəttə ki, FSF faneri) xətanın ölçüləri 4 mmdən artıq olmamalıdır. Böyükformatlı plitələrdə qeyri-uyğunluğun 5 mmdək olmasına icazə verilir. Maksimal kənarlaşma 0,02% ola bilər. Yəni vərəqin hər poqon metrində normadan kənarlaşma 2 mmdən artıq olduğu təqdirdə istifadəyə yarasız hesab edilir.
Bəzən alıcılar rütubətədavamlı fanerin ölçülərinin millimetrlə deyil funtla göstərilməsi ilə rastlaşırlar. İngilis ölçü sistemi xaric istehsalçılarının məhsullarına xasdır. İstənilən halda bilmək lazımdır ki, 1 fut 304,8 mm təşkil edir. Demək ki, fanerin futla standart qabaritləri belədir: 5х5, 8х4 и 10х5. “SVEZA” kataloqlarında və saytında lövhələrin parametrləri müxtəlif ölçü vahidlərində göstərilir, çünki istehsalçı bütün dünyada tanınır və məhsulun küllü miqdarı eksporta gedir.
Ölçülərdən başqa lövhələrin qalınlığı da əhəmiyyət kəsb edir. FK markalı fanerlərdə 3 – 40 mm, FSF markalı fanerlərdə 4-40 mm, laminasya olunmuş panellərdə isə 6-40 mm olur. Fanerin qalınlığı haqqında daha ətraflı məlumatı burada ala bilərsiniz.
Fanerin keyfiyyəti ilkin xammal, yapışqanın tərkibi və istehsal texnologiyasından asılıdır.
Şpon
Fanerin istehsalında müxtəlif ağac cinslərindən istifadə olunur. Faner üçün ən populyar material tozağacıdır. Məsələn, “SVEZA” yalnız və yalnız tozağacı fanerini istehsal edir və hazırkı materialdan hazırlanmış məhsulun həcmi üzrə dünya lideridir.
Tozağacı faneri yaxşı xüsusiyyətləri ilə fərqlənir. Onun möhkəmlik həddi (yəni mexaniki gərginlikdir ki, pozulduğu təqdirdə fanerin materialının dağılması baş verir) küknar və ya şam ağacı fanerindən 20%, və ağcaqovaq ağacından hazırlanan məhsuldan 2,5 dəfə artıqdır.
Tozağacı yüksək sıxlığı ilə fərqlənir: 700 kq/m3. Müqayisə üçün: iynəyarpaq cinslərindən hazırlanan fanerlərinin sıxlığı 550 kq/m3.
Tozağacı fanerinin möhkəmlik və sıxlıq həddinin yaxşı göstəriciləri hesabına onlara tikintidə, mebel və taxta oyuncaqlarının və s. istehsalında tələbat var.
Yapışqan
Vərəqlərin yapışdırılması üçün formaldehid və fenol-formaldehid qatranlar əsaslı tərkib tətbiq edilir. Yapışdırıcı tərkibdə bu maddələrin konsentrasiyası fanerin keyfiyyətinə təsir edir – nə qədər az olsa bir o qədər yaxşıdır.
Yapışqanda fenolun və formaldehidin faiz tərkibi haqqında dəqiq məlumatların alınması, əlbəttə ki, mümkün deyil, bu səbəbdən istənilən işlər üçün ekoloji sınaqlardan keçmiş məhsulları seçmək lazımdır. SVEZA faneri inan sağlamlığı üçün tamamilə təhlükəsizdir ki, Rusiya və beynəlxalq sertifikatlarla təsdiq edilib.
Texnologiyalar
Faner istehsalı üç mərhələdən ibarətdir: şponun biçilməsi, yapışqanla emalı və yüksək təzyiq və temperaturun təsiri altında xüsusi maşında preslənməsi. Və hər mərhələdə fanerin keyfiyyətinə təsir edən amillər var: emalın dəqiqliyi, yapışqan tətbiqinin hamarlığı, presdəki temperaturun səviyyəsi və s.
Texnoloji proseslərdəki səhvlər materialın rütubətədavamlılığını, möhkəmlik həddini azalda, görünüşünə təsir göstərə bilər. Tez-tez keyfiyyətsiz və ya köhnəlmiş avadanlıq zay məhsulun istehsalına səbəb olur. Məhz bu səbəbdən “SVEZA” qrupu öz müəssisələrini modernləşdirir və ancaq özünü təsdiq etmiş texnika təchizatçıları ilə əməkdaşlıq edir.
Fanerin çeşidi üzərində görünən qüsurların sayından asılıdır: qopuqlar, çatlar, oduncaq tikələri və s.
FSF və FK kimi faner növləri ayırd edilir.
- I sort, B və ya S. Səthində tək-tük oduncaq tikələrinə və tünd damarcıqlara rast gəlinir. Məhsula dair keyfiyyət sertifikatı tələb etmək və markalanmanı tutuşdurmaq vacibdir.
- II sort, BB. Səthində, materiala tünd lak və ya boya vurulduqda asanlıqla aradan qaldırıla bilən xırda qüsurlar var. II sort fanerin qiymət və keyfiyyət nisbəti ən optimaldır ki, bunun sayəsində tikinti işlərində ən çox istifadə olunur.
- III sort, CP görünən çat və zədələrə malikdir (1 kv.m səthdə 10-dan çox olmamaq şərti ilə). Belə fanerlər qaralama işləri və ya gizli konstruksiyalar üçün istifadə olur. III sort plitələr bünövrə faneri qismində istifadə olunur, lakin taxtabənd kimi bir dəfə yararlıdır.
- IV sort (C) fanerlərdə bütün mümkün qüsurlar var- səthində oduncaq tikələrindən başlayaraq dəliklərədək. Qüsurların sayı qeyri-məhduddur. Belə faner ancaq qaralama işləri üçün istifadə olunur.
Bəzən ikili işarələrə rast gəlinir, məsələn I/II. Onlar faner lövhəsinin üz və arxa üzünün sortunu əks etdirir. Qeyd edək ki, rütubətədavamlı faner sortundan asılı olmayaraq öz xüsusiyyətlərini qoruyur: xaricə təsirlərə qarşı möhkəm və davamlı qalır.
Sortdan başqa FK və FSF markaları səthin işlənilməsinə görə təsnif edilirlər: cilalanmamış (НШ), cilalanmış bir (Ш1) və iki (Ш2) tərəfdən. Ən ucuz faner – cilalanmamış, onu gizli işlər üçün istifadə etmək daha məqsədəuyğundur. Döşəmə və tavanın işlənilməsi üçün Ш1 ilə işarələnmiş material uyğundur.
Yaxşılaşdırılmış xüssiyyətlərə malik laminasiya olunmuş fanerə xüsusi diqqət yetirilməlidir. Seçmə və I sort fanerlər laminasiya plyonkası ilə örtülür, çünki onların səthi mükəmməldir. Rütubətədavamlı laminasiya olunmuş faner əksər vaxtlar qara rəngdə olur, lakin təbii ağac qammaları çərçivəsində digər rənglər də mümkündür. FSF və FK markalarının materialını istənilən rəngdə etmək olar: “SVEZA” kombinatından lövhələr ağ rəngdə, rənglənməyə hazır vəziyyətdə buraxılır. Fanerin rəngini təkbaşına açmaq olar – bu halda emal üçün su və emal boya tələb olunur.
Hər bir tikinti materialı kimi, faner də bir sıra parametrlərə malikdir: çəki, sıxlıq, qalınlıq, vərəqin ölçüsü. Lakin bu və ya digər markalalanmanın seçimini müəyyən edən ən vacib meyar fanerin rütubətədavamlılığıdır. Ümumiyyətlə, bütün növ materiallar müəyyən şəkildə nəmliyə qarşı davamlıdır. Fanerin rütubətədavamlılıq dərəcəsi şponun yapışdırılmasında istifadə olunan tərkibdən asılıdır.
Rütubətədavamlılıq üzrə SVEZA aşağıda sadalananlara təsnif edilir:
- Suyadavamlı FK faneri – şpon uzunmüddətli və birbaşa su təsirinə davamiyyəti olmayan karbamid yapışqan ilə yapışdırılır. Bu material növü bənzər sınaqların keçirilməsi nəzərdə tutulmayan və birinci planda digər xüsusiyyətlər durduğu yerdə, yəni daxili bəzək işlərində istifadə olunur.
- Yüksək suyadavamlı FSF faneri – şponun vərəqləri suyadavamlı qatranlı tərkib ilə yapışdırılır. Bu FSF markasının xarici bəzək işlərində istifadəsi ilə şərtləşdirilib.
- Yüksək suyadavamlı laminasiya olunmuş FSF faneri – istehsal prosesində qoruyucu nazik təbəqənin xüsusiyyətlərini əldə edən qatranlarla hopdurulmuş xüsusi material-kağız ilə örtülüb. Ən çox monolit tikintisində istifadə olunur.
Rütubətədavamlı SVEZA fanerinin texniki xüsusiyyətləri
Fanerin istehsalında müxtəlif ağac cinslərinin şponundan istifadə olunur. İlkin xammalın növü suyadavamlı fanerin nominal nəmlik və sıxlıq kimi texniki xüsusiyyətlərinə təsir göstərir. Məsələn, SVEZA məhsullunun nominal sıxlığı - 5-14 %. Bununla belə ən yüksək rütubətədavamlılığa tozağacı faneri malikdir. SVEZA materiallarında bu göstərici – 640-700 kq/m3 (yapışqandan və hopdurmadan asılıdır) təşkil edir.
Rütubətədavamlı tozağacı faneri yüngüllüyünə və möhkəmliyinə görə arakəsmələrin, divarların üzlənməsi və taxtabənd üçün istifadə olunur. Bu materiala hətta duşxanaların və cəmaşırxanaların bəzək işlərində rast gəlmək olar, çünki xüsusi plyonka sayəsində üst təbəqədəki lövhələr suya qarşı həddən artıq həssasdır. Plitələr mayeni özünə çəkmir və rütubətin dəyişməsi zamanı öz həcmini dəyişmirlər.
Laminasiya olunmuş faner interyerdə də göz oxşayır. Qəşəng tekstura və dərin tünd çalalar şüşə, metal və plastika ilə çox yaxşı uyğunlaşır. Rütubətədavamlı tozağacı faneri istənilən tərzin – klassikadan başlayaraq loftadək işlənilməsində istifadə oluna bilər. Onun fakturası xalis ağacdan düzəlmiş massivi ideal şəkildə imitasiya edir, öz davamlılıq və estetik xüsusiyyətlərinə görə bu material digərlərindən heç də pis olmamaqla daha ucuzdur.
Rütubətədavamlı faner hamar və ya basmanaxışlı laminasiya plyonkası ilə örtülür. Səthin riflənmiş strukturu sürüşməyə qarşı müdafiəni təmin edir, bu səbəbdən belə lövhələr döşəmələrin döşənməsi və tikinti üçün nəzərdə tutulmuş taxta-şalbanlarda istifadə olunurlar. Rütubətədavamlılığı artırmaq üçün lövhələrin yanları su-akril tərkib ilə emal edilir.
Binanın gələcək elementinin konturlarını təkrar edən taxtabənd konstruksiyalarının quraşdırılması, karkas-monolit tikintisində aparılan işlərin mühüm mərhələsidir. Bu məqsədlər üçün adətən, möhkəmliyi və rütubətədavamlılığı ilə fərqlənən yüksəkkeyfiyyətli fanerdən istifadə olunur. Laminasiya olunmuş faneri ideal həll hesab etmək olar.
Material seçilərkən onun markasına, növünə və qalınlığına fikir vermək vacibdir. Monolit tikintisində taxtabənd işlərinin aparılması üçün 18 və 21 mmlik fanerdən istifadə olunur. Bu faner rütubətə qarşı möhkəmlik və davamlığın optimal birləşməsidir Taxtabənd üçün bir partiya material almaq niyyətində olduqda, “SVEZA” dillerlərinə müraciət edin. Mütəxəssislərimiz Sizin üçün konsultasiyalar keçirəcək və taxtabənd üçün fanerin xüsusiyyətləri və qiymətləri haqqında danışacaqlar.
Fanerin istifadə olunmasını, hər bir insan bunun fərqinə varmadan hər gün görür. Göydələnlər, reklam lövhələri, uşaq meydançaları, qablaşdırmalar bütün bu sadalananlar üçün bu müasir materialdan istifadə olunur.
Laminasiya olunmuş SVEZA faneri, “Moskovskiy” YK kimi binaların inşasından başlayaraq Şaturskaya DRES kimi enerji kompleksinin ən böyük müəssisələrində; dünya konsernlərinin avtomobil zavodlarından başlayaraq “Kazan Arena” və “Otkrıtiye Arena” kimi Rusiyanın əsas idman meydançalarınadək geniş istifadə olunur. Bu faner növü həm də körpü və tunellərin taxtabəndinin çəkilməsində istifadə olunur (aşkar nümunə: Vankuverdə Golden Ears körpüsü)
FSF faneri maşın- və gəmiqayırmada öz istifadəsini tapır. Şpondan hazırlanmış davamlı lövhələr nəqliyyat vasitəsinin çəkisinin azalmasına, yəni onun yükgötürmə qabiliyyətinin artmasına və yanacaq sərfiyyatının azaltmasına kömək edir. Bu faner növünün daha bir istifadə sahəsi - Schmitz Cargobull alman refejeratorlarının, MAZ avtobuslarının və “ST Nijeqorodets” kommersiya nəqliyyatının bəzək işlərində FSF faneri.
Daha az tətbiq olunan sahələr də mövcuddur – məsələn, musiqi kolonkalarında səs izolyasiyaediciləri qismində: SVEZA qrupu tərəfindən istehsal olunan materialın səsudan xüsusiyyətləri Harman Audio və Elder Audio şirkətləri tərəfindən yüksək qiymətləndirilmişdir. FSF və FK fanerinin müxtəlif növləri bina və otaqların daxili bəzək işlərində, mebel və oyuncaqların istehsalında istifadə olunur.
SVEZA məhsulları 70 ölkənin istehlakçılarının etibarını qazanmışdır. Materiallarımızın tətbiqi coğrafiyası ilə burada yaxından tanış ola bilərsiniz.
FSF markalı faner –yüksək rütubətədavamlı material. Lövhənin tərkibi haqqında adı məlumat verir: F – faner, SF – fenol-formaldehid yapışqanı. Məhz bu, panellərə öz xüsusiyyətlərini hətta yüksək rütubətlik şəraitlərində qorumaq imkanını verir. Bununla belə lövhələr sudan şişmir və deformasiya olunmur.
Rütubətədavamlı FSF faneri qiymətinə görə əlverişlidir və bir sıra üstünlüklərə malikdir. Bu faner -40- +50°С–dək temperaturlara davamlıdır, çatlamır, yüksək möhkəmlik və dağılmaya davamlılığı ilə fərqlənir. Bununla belə FSF lövhələri mişar ilə asanlıqla kəsilir, burğu ilə deşilir, mismar və şurupda yaxşı saxlanılır.
Materialın tətbiq sahəsi
- karkas tikintisində dam örtüklərinin, taxta-şalbanların və müvəqqəti tikililərin hazırlanması üçün;
- bəzək işlərində dekorativ səs izolyasiyaedici örtük və döşəmə örtüsü kimi;
- maşın və gəmi tikintisində arakəsmələr, döşəmələr, oturacaqlar, korpus detalları kimi;
- qablaşdırma materallarının istehsalında;
- reklam konstruksiyaları, idman meydançaları və s. üçün
Əyilməyə qarşı yüksək möhkəmlik və aşağı qiymət sayəsində qalınlığı 2-8 mm olan FSF faneri əymə məmulatların hazırlanması üçün istifadə olunur: mebelin, interyer detallarının və s. 18 mmlik FSF faneri də geniş yayılmışdır. Bu faner döşəmə, tavan, divar və taxtabəndlər üçün olduqca uyğundur.
Rütubətədavamlı faner hopdurucu maddələrlə, lakla və ya boya ilə emal edilir, plitələrin yanlarını isə hermetizasiya edirlər. Belə müdafiə lövhələri nəinki rütubətə, hətta mexaniki zədələrə və ağacı məhv edən göbələyə və qabıqyeyən böcəklərə qarşı davamlıdır. Laminasiya olunmuş FSF fanerinin əlavə emala ehtiyacı yoxdur. Belə məmulatın qiyməti daha yüksəkdir, lakin xarakteristikaları daha üstündür. Laminasiya səthi sürtülmədən, kimyəvi maddələrdən və kifdən müdafiə edir.
“SVEZA” qrupu laminasiya olunmuş rütubətədavamlı fanerini əlverişli qiymətə təklif edir. Fanerin xüsusiyyətləri və qiyməti haqqında təfərrüatları Rusiyanın bütün regionlarında dillərdən xəbər öyrənmək olar.
SVEZA tikinti faneri tikintinin müxtəlif sahələrində populyar olan konstruktiv materialdır, tozağacından istehsal olunur.
Monolit tikintisində, karkas tikintisində damın, divarların və döşəmənin qurulmasında, daxili taxtabəndin çəkilməsi üçün, bəzək işlərində və döşəməüstü örtüklərin istehsalında faner qismində geniş istifadə olunur.
İnşaatçılar SVEZA fanerini yüksək möhkəmliyinə və dağılmaya davamlılığına görə qiymətləndirirlər. Bu xüsusiyyətlər onu taxtabəndin çəkilməsi üçün çoxdəfəli faner qismində istifadə etmək imkanını verir.
Dizaynerlər tozağacı fanerini estetik keyfiyyətlərinə, asan emal olunmasına və sərfəli qiymətinə görə seçirlər. Bu işiqlı və ekoloji interyerlər yaratmaq imkanını verir.
Tikinti fanerinin üstünlükləri
- Möhkəm (faner qalınlaşdırılmış şpondan istehsal edilir) və dağılmaya davamlı.
- Yüksəldilmiş rütubətədavamlılıq (FSF, laminasiya olunmuş faner).
- Aqressiv mühitlərin təsirinə müqavimət (laminasiya olunmuş faner).
- Sürüşməyə qarşı maksimal müdafiə (torlu səthli laminasiya olunmuş faner).
- Temperatur dəyişiklərinə qarşı dayanıqlıq.
- Asan emal və digər materiallarla uyğunluq.
- Təbii oduncağın qəşəng teksturası.
- Səs və istilik izolyasiyaedici xüsusiyyətləri.
- Təhlükəsizlik.
- Cəlbedici qiymət.
Tikinti fanerinin tətbiqi
- Taxtabənd.
- Damın, divarların və tavanın üzlənməsi.
- Gəminin yanları üzrə döşəmələr .
- Döşəmə örtüləri.
- İnteryerlərin bəzək işləri.
- Fasadların memarlıq - bəzək işləri.
- Tikinti taxta-şalbanı.
- Hasarlama.
Tikinti fanerinin tətbiq xəritəsi
|
Tətbiq sahələri |
Faner |
Formatı, fut |
Qalınlığı, mm |
Sortu |
Örtüyü |
|
Taxtabənd |
Laminasiya olunmuş, SVEZA Dek 350 |
4х8, 5х10, 4х10 |
15, 18, 21 |
- |
F/F |
|
Döşəmələr/damlar |
5х5, 4х8х4 |
6, 9, 12, 15, 18, 21 |
BB/C, CP/CP, CP/C, C/C |
- |
|
|
Tikinti taxta-şalbanı |
FSF, laminasiya olunmuş |
5х5, 4х8 |
9, 12, 15, 18, 21, 24, 27 |
- |
F/W |
|
İnteryer |
5х5, 4х8 |
3, 6, 9, 12, 15, 18, 21, 24 |
B/BB, S/BB, BB/BB, BB/CP |
- |
SVEZA-nın tərkibinə 6 kombinat daxildir
- “Ust-İjorkskiy faner kombinatı”, Sankt-Peterburq kombinatı.
- “Fanplit” Kostroma faner kombinatı”, Kostroma şəhəri.
- “Novator” Velikiy-Ustyuq faner kombinatı, Voloqda vilayəti.
- “Perm faner kombinatı”, Perm diyarı.
- “Manturovo faner kombinatı”, Kostroma vilayəti.
- “Fankom”, Sverdlovsk diyarı.
Ətraflı məlumat üçün istehsal bölməsinə daxil olun
Fanerin istehsalı və çatdırılması orta hesabla təşkil edir:
Əldə olmadıqda 15-30 gün
Əldə olduqda 1-2 gün
FSC sertifikatlarına (təchizat zənciri sertifikatları, və ya FSC Chain of Custody) malikdir
- “Ust-İjorkskiy faner kombinatı” (UİFК).
- “Fanplit” Kostroma faner kombinatı”.
- “Novator” Velikiy-Ustyuq faner kombinatı.
- “Fankom”.
- “SVEZA-Les” MMC.
SVEZA-nın bütün kombinatları CARB və BFU-100 serifikatlarına malikdir.
Ətraflı məlumat üçün sertifikatlar bölməsinə daxil olun.
